Ən yaxşı təqdimat müsabiqəsinin məktəb turu keçirilmişdir

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 27. 02. 2017-ci il tarixli 119 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.03.2017-ci il tarixli 98 nömrəli əmrinə əsasən ümumtəhsil məktəb şagirdləri arasında “ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turunun keçirilməsinə start verilmişdir. Belə ki, Arif Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə 14. 03. 2017-ci il tarixində IX-XI sinif şagirdləri arasında “ən yaxşı təqdimat” müsabiqəsinin birinci mərhələsi keçirilmişdir. Həmin müsabiqədə məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsidir. Müsabiqədə 11A sinif şagirdi Əhmədzadə Leyla Hacı qızı işçi qrupu və münsiflər heyəti tərəfindən məktəb turunun qalibi seçilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi