Dəyirmi masa keçirilmişdir

A.Hüseynzadə adına 20№-li məktəb-liseydə “Bəşəriyyətin ekoloji çirklənməsi gənc nəslin gözü ilə” mövzusunda “dəyirmi masa“ keçirilmişdir “Dəyirmi masa “ məktəbin fizika müəllimi Gültəkin Məmmədova tərəfindən 6-8-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdur.Gültəkin Məmmədova çıxış edərək müasir ekoloji problemin müəyyən bölgənin ,hətta materikin deyil, bütün bəşəriyyətin qlobal problemi olduğunu söylədi. Qeyd etdi ki, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri ətrafında bütün dünyada ciddi mübahisələr gedir, dünya ictimaiyyəti,beynəlxalq təşkilatlar, elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini və aradan qaldırılması yollarını axtarırlar. Gənc nəsil bu axtarışa qoşulmalı, fəal iştirakçı olmalıdır.Kimya müəllimi Fatma Mustafazadə “İstixana effekti” haqqında məlumat vermiş, əlavə etmişdir ki, daxiliyanma mühərriklərinin ətrafa atdığı karbon qazı qlobal çirklənmənin əsas mənbəyidir. O, havada yaranan karbon turşularının canlılara vurduğu zərbənin elmi izahını vermişdir. Daha sonra 8A sinfinin şagirdləri “Alternativ enerji mənbələri” haqqında məlumat vermişlər. Tədbirin sonunda məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək qeyd etmişdir ki, biz də öz növbəmizdə ətraf mühiti təmiz saxlamalı, qlobal çirklənmənin qarşısını almağa çalışmalıyıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi