Açıq dərslər davam edir

Bakı şəhəri A.Hüseynzadə adına 20№-li məktəb-liseydə açıq dərslər davam etməkdədir. “2 i” sinfinin rəhbəri Samirə Hacıyeva tərəfindən “Xocalı -25 il sənsiz ! ” mövzusunda açıq dərs keçirilmişdir. Acıq dərsi məktəbin direktoru Yaqut Məmmədova, fənn müəllimləri və valideynlər izləmişlər. Xocalı soyqırımına həsr olunmuş açıq dərs Xocalı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlandı. Tədbirdə şagirdlər öz ifalarında faciənin ağırlığını şeir və səhnəciklər vasitəsi ilə ifa etmiş və Xocalı qurbanlarının yaşadığı ağrı-acılarını kiçik səhnəciklərlə obrazlı canlandırmışlar. Sonda məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək qeyd etmişdir ki, açıq dərsin Xocalı mövzusunda keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, şagirdlərdə ulu Öndərimizin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə olan inamı möhkəmləndirməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi