Qaliblərimiz təltif olundu

Məlum olduğu kimi, ötən tədris ilində ümumtəhsil məktəblilərinin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” keçirilmişdir. Şagirdləri stimullaşdırmaq, onlarda bu cür yarışlara daha da maraq yaratmaq məqsədilə Olimpiadanın təşkilat komitəsinin qərarına əsasən ötən tədris ilində məntiq olimpiadasının final turuna haqq qazanmış bütün şagirdlər sertifikatlar ilə təltif olunmuşlar. Həmin şagirdlərin arasında A. Hüseynzadə adına 20№- li məktəb-liseyin 6-cı sinif şagirdləri də vardır. 03. 03. 2017-ci il tarixində məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuş təqdimetmə mərasimində şagirdlərə sertifikatlar təqdim olunmuş, onlara təhsildə uğurlar və müvəffəqiyyətlər arzu edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi