1 Mart Ümumdünya Mülki Müdafiə günüdür

A.Hüseynzadə adına 20№-li məktəb-liseydə VI-XI sinif şagirdlərinin iştirakı ilə 1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı məktəbin Gənclərin çağırışa qədərki hazırlığın hərbi rəhbəri Pəhlivan Quliyev "Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu" mövzusunda ətraflı çıxış etmişdir. 10-cu sinif şagirdləri tədbir iştirakçılarına əleyhqaz və digər əyani vasitələrini, fərdi mühafizə vasitələrindən istifadə qaydalarını nümayiş etdirmişlər. Tədbirdə məktəb-liseyin direktoru Yaqut Məmmədova, təlim tərbiyə işləri üzrə direktor müavinləri və VI-XI sinif şagirdləri iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi