Riyaziyyat fənnindən açıq dərs keçirilmişdir

Yasamal rayonu A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə silsilə olaraq açıq dərslər davam etməkdədir. Belə dərslərdən biri 27. 02. 2017-ci il tarixində rus bölməsinin 8ə sinfində riyaziyyat müəllimi Cəfərova Səbinə tərəfindən keçirilmişdir. İntellektual oyun formasında təşkil edilmiş dərsi direktor, direktor müavinləri və fənn müəllimlərindən ibarət münsiflər heyəti qiymətləndirmişdir. Dərs müasir tələblərə uyğun təşkil edilmiş, qruplara bölünən şagirdlərin təqdimatlarında fənlərarası və fəndaxili inteqrasiyadan istifadə olunmuşdur. Dərsin sonunda münsiflər heyətinin üzvləri öz müsbət fikirlərini söyləmiş və münsiflər heyətinin sədri, məktəbin direktoru Yaqut Məmmədova qalib komandanı elan etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi