Alternativ vurma üsulu ilə riyaziyyat dərsi keçirilmişdir

Yasamal rayonu A. Hüseynzadə adına 20№-li tam orta məktəb-liseyin 4g sinfində ibtidai sinif müəllimi Salmanova Nailə Hüseyn qızı tərəfindən “Alternativ vurma üsulu ” mövzusunda fakultativ-riyaziyyat dərsi keçirilmişdir. Dərs zamanı şagirdlər çətin ifadələr, hərfli misallar, rebuslar və məntiqi məsələlər həll etmişlər. Bundan sonra müəllim paralel perpendikulyar və şaquli düz xətlərin köməkliyi ilə alternativ vurma üsulu və bu unikal Çin üsulunun tarixi və məktəblərdə tədbiqi haqqında məlumat vermişdir. Şagirdlər böyük maraq və həvəslə bu üsuldan istifadə edərək, cütlər şəklində xüsusi vərəqələrdə misallar həll etmişlər. Şagirdlər müəllimin sadə vurma üsulu ilə yeni alternativ üsul arasındakı fərqlər barədə suallarına fəal cavab vermişlər. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kainat İbrahimova və fənn müəllimləri iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi