Dəyirmi masa keçirilmişdir

Yasamal rayonu A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseyin rus dili müəllimi Aygün Qasımova 7, 8-ci sinif şagirdlərinin iştirakı ilə “Rus dili – millətlərarası ünsiyyət vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə şagirdlər rus dilinin dünya miqyasındakı əhəmiyyətindən danışmış, dahi rus şair və yazıçılarının həyatlarından maraqlı məqamlara toxunmuş, yaradıcılıqlarında Qafqaz mövzusunu səsləndirilmiş əsərlərdən əzbər parçalar söyləmişlər. Tədbirdə A.Puşkin, M.Lermontov, S.Yesenin, L.Tolstoy, F.Dostoyevski,A.Blok və S.Marsakın yaradıcılığından nümunələr səsləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi