Xocalı xalqımızın qan yaddaşıdır

Fevral ayının 23-də A.Hüseynzadə adına 20№-li məktəb-liseydə “Xocalı- xalqımızın qan yaddaşı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və şagird kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut xanım Məmmədova açaraq qeyd etdi ki, soyqırım tariximizin ən ağrılı səhifəsidir. Bu ağrı qəlbimizdə böyük bir nifrətə dönərək düşmənə qarşı torpağımızı azad etmək üçün silaha çevrilməlidir. Ulu Öndərimizin davamçısı olan möhtərəm prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcəkdir. Tədbirdə şagirdlər öz ifalarında faciənin ağırlığını şeir və səhnəciklər vasitəsi ilə yüksək səviyyədə ifa etmişlər. Tədbiri keçirməkdə əsas məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, şagirdlərdə torpaqlarımızın azad edilməsinə olan inamı möhkəmləndirməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi