Azərbaycan dili fənni üzrə monitorinq
29.02.2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 4, 6, 7, 8-ci siniflərində Azərbaycan dili üzrə 2 variant olmaqla monitorinq keçirilmişdir. Monitorinqin keçirilməsində məqsəd hər iki bölmə üzrə müvafiq siniflərdə Azərbaycan dili həm Ana dili kimi, həm də dövlət dili kimi şagirdlərin bilik səviyyəsinin müəyyən etməkdir.
Monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.