Ekoloji aylıq layihəsi davam edir

“Ekoloji ayliqlar” layihəsinin 2ci mərhələsi “Ayın mədəniyyət və tarix məktəbi” nominasiyasi A.Hüseynzadə adına 20№-li tam orta məktəbdə davam etməkdədir.Layihənin əsas məqsədi şagirdlərdə təbiətə maraq,qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq,istedadı və yaradıcılıq qabiliyyəti olan şagirləri üzə çıxarmaqdır. Məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək,yeniyetmələrdə ekoloji etikanın formalaşdırılmasına yardim etmək məqsədi ilə məktəbin 10 və 11ci sinifləri arasinda yariş keçirilmişdir. Layihəni məktəbin coğrafiya müəllimi - əməkdar müəllim Validə Əhmədova həyata keçirmişdir.Yarışda 10a və 11a sinif şagirdləri daha böyük fəallıq göstərmiş və digər həmyaşıdlarindan fərqlənərək yarışmanın qalibi olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi