Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhərinin təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar tərtib olunmuş tədbirlər planına uyğun olaraq A.Hüseynzadə adına 20№-li məktəb-liseydə tədbirlərə start verilmişdir. Belə ki, 15.02.2017-ci il tarixində məktəbin tarix müəllimi Aynur Şıxəliyeva, rus dili və ədəbiyyat müəllimi Natella Hüseynova rus bölməsinin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Xocalı faciəsi və faciəyə gedən yol” adlı tədbir keçirmişdirlər.Müəllimlər tarixi fakt və sənədlərə istinad edərək Xocalıda törədilən erməni vəhşiliyi və dəhşətləri haqqında şagirdlərə geniş məlumat vermişdir.Qeyd edilmişdir ki, Prezident cənab İ.Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Foyedə və sinif otağında divara vurulmuş stenddə faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və rəsmlər asılmışdır. Məktəbin direktoru Y.Məmmədova çıxış edərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edilməsi, dinc əhalinin, xüsusilə uşaqların, qadınların, qocaların ağlasığmaz vəhşiliklə öldürülməsini XX əsrin qanlı faciəsi adlandırmış, qeyd etmişdir ki, Ümummilli Liderimiz H.Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan höküməti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çatdırmışdır. Tədbirin sonunda şagirdlər tərəfindən faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi