Pedaqoji Şura keçirilmişdir

   A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə Pedaqoji Şura keçirilmişdir.

   Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq yanvarın 31-də 2023-2024-cü tədris ili üçün I yarımilin yekunlarına həsr olunmuş və ikinci yarımilə hazırlıq məqsədilə pedaqoji şura keçirilmişdir. İclasda gündəlikdə duran məsələlərlə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardanistifadə edilməsi üçün təşkili işləri aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. İclasda,həmçinin məktəbdə uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti,məktəbdə psixoloji xidməti təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunmuşdur. İclasda valideyn icmasının nümayəndələri iştirak etmişdirlər.

   İclasın sonunda bir qrup müəllim gənc nəslin təlim-tərbiyə olunması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman”la təltif olunmuş və Pedaqoji şuranın qərarı ilə Təşəkkür elan olunmuşdur.

   Azərbaycan Respublikası Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Yasamal rayon Həmkarlar Komitəsinin sədri Rövşən İbrahimlinin iştirakı ilə məktəb-liseyin həmkarlar komitəsinin 5 illik hesabatı keçirilmişdir. Müəllimlərin rəy və təklifləri dinlənilmişdir.

   Sonda Yasamal rayonu Həmkarlar təşkilatı tərəfindən məktəb-liseyin 60 yaşı tamam olmuş qəlbi gənc, peşəkar, səmimi müəllimlərinə şərəfli xidmətlərinə görə Təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.

   Sonda məktəb-liseyin 44 nəfər gənc müəllimi məktəb-liseyin rəhbərliyi tərəfindən 2 Fevral “Gənclər günü” münasibəti ilə təbrik edilmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

İclasdan sonra Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi