Dəyirmi masa keçirilib

Yasamal rayonu 20 nömrəli məktəb-liseydə ingilis dili fənni üzrə “English without Border” (“Sərhədsiz İngilis Dili”) başlıqlı dəyirmi masa keçirilmişdir. Masa ətrafındakı müzakirələrə başda məktəbin direktoru Yaqut Məmmədova olmaqla, 5-11-ci siniflərdən şagirdlər, onların müəllimləri və direktor müavinləri qoşulmuşdur. Masanın keçirilməsində əsas məqsəd şagirdlərin şifahi nitqinin inkişafına yönəltməklə yanaşı, onlarda sərbəst fikir yürütmək, tolerantliq, müxtəlif fikirləri dinləmək və müzakirə aparmaq bacarıqlarının formalaşmasıdır. Dəyirmi masa moderatorluğu məktəbin ingilis dili fənn metodbirləşməsi üzvləri tərəfindən tərtib edilmiş suallar əsasında məktəbin ingilis dili müəllimi və fənn metodbirləşmə rəhbəri Təranə Əliyeva həyata keçirmişdir. Müzakirələr səmimi atmosferdə keçmiş, şagirdlər böyük həvəslə moderatorun təqdim etdiyi ingilis dilinin tarixi, beynəlxalq dilə çevrilmə səbəbləri, dahi Şekspirin müasir ingilis dilinin formalaşmasında olan rolu, bu dili öyrənməyin əhəmiyyəti və öyrənmə üsulları, xarici dillərin ana dilimizə təsirinin mənfi və müsbət cəhətləri, xarici dili istifadə etməklə yanaşı doğma dilin təmizliyini də qorumağın vacibliyi və s. məsələlər, suallar ətrafında dolğun və səlist nitqlə fəal iştirak edərək sərbəst müzakirələr aparmışdırlar. Dəyirmi masa ətrafındakı müzakirələrə məktəbin direktoru Yaqut xanım Məmmədova qoşularaq öz çıxışı ilə bir daha öz dəstəyini və xarici dilin öyrənilməsinə münasibətini nümayiş etdirmiş, Avropaya inteqrasiya dövründə ingilis dilinin əhəmiyyəti haqqında danışmışdır. Məktəbin direktoru çıxışında həm müəllimləri, həm də şagirdləri ruhlandıraraq belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq, dəyirmi masanın təşkilatçılarına dərin təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi