20 №-li məktəb-liseydə sərgi və müsabiqə keçirilib

Bakı şəhəri, Yasamal rayonu, A. Hüseynzadə adına 20 №-li məktəb liseyin akt zalında 4ğ sinif şagirdlərinin əl işləri və rəsm əsərlərinin sərgisi keçirilmişdir.Sərgi sinif rəhbəri Salmanova Nailə Hüseyn qızı tərəfindən təşkil edilmişdir. Sərgidə şagirdlər tərəfindən yazılmış,hazırlanmış və illustrasiyalar çəkilmiş albom şəklində təqdim olunan müxtəlif nağıllar, texnologiya dərsində xüsusi dəzgahlarda toxunmuş rəngarəng yun palazlar, qış mövzüsunda rəsm əsərləri nümayiş etdirilmişdir. Müsabiqə və sərgidə 4ğ sinfinin bütün şagirdləri iştirak etmişdir.Şeir müsabiqəsini Cəfər Cabbarlının nəvəsi Qəmər xanım Cabbarlı, İncəsənət Universitetini müəllimi aktrisa Fərqanə xanım Quliyeva, 20№li məktəb-liseyin direktoru Yaqut Məmmədova, VMAnın prezidenti Gülnarə Aslanova, dərs hissə müdiri Kainat İbrahimova,müəllim Gülnarə Orucovadan ibarət münsiflər heyyəti qiymətləndirirdi. Zalda tamaşaçı qismində müəllim və valideynlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi