Musiqi fənni üzrə açıq dərs keçirilib

Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə tanış olmaq, dərslərdə fəal təlim üsullarından, yeni texnologiyalardan müəllimlərin nə dərəcədə səmərəli istifadə etmələrini müəyyənləşdirmək, qabaqcıl iş təcrübəsini öyrənib yaymaq məqsədi ilə digər təhsil ocaqlarında olduğu kimi, Bakıdakı 20№-li məktəb-liseydə də tez-tez açıq dərslər təşkil olunur. Növbəti belə açıq dərs məktəbin musiqi müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Sevda Rzayeva 2d sinfində keçirmişdir. Açıq dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və fənn müəllimləri iştirak etmişlər. Öncə qeyd edək ki, S. Rzayevanın “Marş və operetta” mövzusunda dediyi açıq dərs onu dinləyənlər tərəfindən maraqla qarşılandı. Buna səbəb, müəllimin dərsini müasir dərsə verilən tələblər səviyyəsində qurması, dərsdə maraqlı motivasiya yaratması, interaktiv təlim üsullarından, resurslarından geniş və yerli-yerində istifadə etməsi və şagirdləri müstəqil işlətmək üçün məqsədyönlü tapşırıqlar hazırlanması idi. Şagirdlərin düzgün ifadəsi, mahnı oxuması, musiqi haqqında düşüncələrini əlaqələndirərək fikir yürütməsi, dərsdə müəllimin əsasən qruplarda iş və “beyin həmləsi” üsullarından yaradıcı istifadə etməsi onun müasir dərsə verilən tələbləri nəzərə almaqla dərsi düzgün qurduğunu göstərmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi