20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir

Yanvarın 18-də A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilmişdir. 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yasamal rayon Həmkərlar İttifaqının sədri və müxtəlif media nümayəndələri iştirak etmişdirlər. Tədbirdən öncə, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən və rəsmlərdən ibarət sərgi nümayiş etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Y. Məmmədova Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolundan, xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı. Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunan şeirlər, mahnılar səsləndi, səhnəciklər nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi