Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16.12.2014-cü il tarixli 1279№-li əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. 11.01.2017-ci il tarixində A.Hüseynzadə adına 20№-li məktəb-liseydə rus dili və ədəbiyyatı müəllimi Sevda Rəcəbova 6Ə sinfində Mixail Zoşenkonun “Aristokrat qadın” əsərinin məzmunu, mahiyyəti haqda təhlil aparmışlar. Şagirdlər həvəslə oxuduqları əsər haqqında öz fikir və rəylərini bildirmiş, əsərin əsas ana xəttini tapmaq üçün müstəqil fikir yürütmüş, müsbət və mənfi obrazların təhlilini aparmışlar. Sonda 6Ə sinif şagirdləri əsərdən bəzi fraqmentləri səhnələşdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi