Qaliblərimiz

Bakı şəhəri A.Hüseynzadə adına 20№-li məktəb-liseyin şagirdləri müntəzəm olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqə və yarışlarda iştirak edərək fəxri yerlər qazanmışlar. Belə ki,14.10.2016-cı il tarixində təşkil olunmuş Rayon ümumtəhsil məktəbləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı müsabiqəsində iştirak edən şagirdlərimizdən Rahid İsmayılzadə, Nizami Xəlilov fərqlənərək Fəxri fərmanla təltif olunmuşdur. 28.10.2016-cı il tarixində rayon məktəbliləri arasında keçirilmiş “Mənim bayrağım” inşa yazı müsabiqəsində Dilarə Məmmədli və Aida Əliyeva öz inşaları ilə seçilmiş, təşkilatçılar tərəfindən Fəxri fərmanla mükafatlandırılmışlar. 11.11.2016-cı il tarixində isə “12 Noyabr –Konstitusiya günü ” münasibəti ilə rayon məktəbliləri arasında keçirilmiş “Mən Konstitusiyanı öyrənirəm” mövzusunda bilik yarışında Səfa Şahverdiyeva, Şərqiyyə Məmmədova, Leyla Əhmədzadə, Nərmin Hacızadə Konstitusiyamızı mükəmməl bildiklərinə görə Fəxri fərmanla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi