Tarix fənnindən açıq dərs
A. Hüseynzadə adına 20№-li məktəb-liseydə silsilə olaraq açıq dərslər davam etməkdədir. Məktəbimizin tarix müəllimi Şükürova Günel Faiq qızının 28.12.2016-ci il tarixdə 9a sinifində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsin əsas məqsədi Azərbaycanın müstəqil, suveren, demokratik dövlət olduğunun şagirdlərin nəzərinə çatdırılması və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şanlı tarixin nəzərdən keçirilməsidir.