Yenə də qalibik

Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkil etdikləri “Fövqəladə hallar uşaqların gözü ilə” ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin yekunlarına dair sərgi və mükafatların təqdimatı mərasimi keçirilmişdir. Müsabiqədə 20 №-li məktəb-liseyin şagirdləri tərəfindən təqdim olunan əl işlərini münsiflər heyəti yüksək qiymətləndirmiş, 9A sinif şagirdi Emil Tahirov I yerə, 7A sinif şagirdi Kənan Behbudlu II yerə, 8ç sinif şagirdi Vüsal Qafarlı III yerə layiq görülmüşlər. 6ç sinif şagirdləri Günel Quliyeva və Münəvvər Niftullayeva isə həvəsləndirici mükafatlarla təltif olunmuşlar. Mükafatları məktəblilərə Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov və Təhsil naziri Mikayıl Cabbarov cənabları təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi