Ulu Öndər Heydər Əliyevin anım günü

Bu gün A.Hüseynzadə adına 20№-li məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir məktəb-liseyin tarix müəllimi Nailə Məmmədovanın rəhbərliyi ilə X-XI sinif şagirdləri tərəfindən hazırlanmışdır. Tədbirin əvvəlində məktəbin direktoru Y. Məmmədova çıxış edərək tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin siyasi fəaliyyəti haqqında məlumat vermiş, onun Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən söz açmışdır. Sonda 20№-li məktəb-liseyin şagirdləri tərəfindən yüksək səviyyədə hazırlanmış “ Vətən oğlu ” adlı ədəbi-bədii kompozisiya tədbirin iştirakçılarına nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi