Heydər Əliyev Mərkəzinə ekskursiya

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 20 №-li məktəb liseyin direktoru Y. Məmmədovanın rəhbərliyi ilə müəllim, şagird və valideynlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Tədbir Heydər Əliyev irsinin öyrənilməsi , yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi , Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bildiklərinin artırılması məqsədi daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi