Gənc şahmatçı

Məktəbimiz öz idmançı şagirdlərinin nailiyyətləri ilə fəxr etmişdir. Məktəbimizin xüsusi guşəsində şagirdlərimizin idman yarışlarında qazandığı onlarla kubok və diplomlar nümayiş olunur. Daha bir kiçik məktəblimizin uğurları onun gələcəkdə respublikamıza da medal gətirəcəyindən xəbər verir. 2-ci sinif şagirdi Əlizadə Əkbər Emin oğlu yaşının kiçik olmasına baxmayaraq şahmat üzrə yarışlarda yer tutub diplomla təltif edilir. Bu yaxınlarda o,Azərbaycan Respublikası Həmkarlar İttifaqlarının Respublika Şahmat –Dama klubunun təşkil etdiyi IV dərəcə yarışında I yer tutmuş fəxri diplomla təltif edilmişdir .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi