20 nömrəli məktəb-liseyin Vətən müharibəsində şəhid olan məzunu Səfərov Məmmədağa səninlə qürur duyuruq
Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 2014-cü ildə məzunu olmuş, Türkiyənin Balıkesir Universitetində oxuyan və təhsilini dondurub vətənə hərbi xidmət üçün gələn, Vətən müharibəsində şəhid olan, Məmmədağa Balakişi oğlu Səfərov haqqında ATV kanalının hazırladığı reportaj saytımızın videoqaleriyasında yerləşdirilmişdir.
Ruhun şad olsun şəhidim!
20 nömrəli məktəb-lisey səninlə qürur duyur.
Sən bütün Azərbaycan xalqının ürəyindəsən!