Məktəbimizin uğuruIX sinif şagirdi Məmmədova Fatimə ADA universitetində AR Elm və Təhsil Nazirliyi,Bakı Təhsil İnformasiya Mərkəzi,AR Təhsil İnstitutu,Bakı şəhəri Təhsil İdarəsinin dəstəyi ilə akademik məqsədlər üçün təşkil olunmuş VI İngilis dili Olimpiadasında iştirak etmişdir. O, olimpiadanın I mərhələsində yüksək nəticə göstərərək II mərhələyə keçid hüququ qazanmışdır. Qeyd edək ki, Məmmədova Fatimə IX siniflərin buraxılış imtahanında ingilis dilindən 100 bal - maksimum nəticə göstərmişdir. Onu bu münasibət ilə təbrik edir,növbəti mərhələdə uğurlar arzulayırıq.
Cüdo üzrə Bakı KubokuMəktəbimizin IX sinif şagirdi Şahbazov Yusif yeniyetmələr arasında Cüdo üzrə Bakı Kubokunu qazanmışdır.Onu təbrik edir,uğurlar arzulayırıq.
Cüdo üzrə Respublika ÇempionuMəktəbimizin IX sinif şagirdi Əkbərov Rəcəb yeniyetmələr arasında Cüdo üzrə Respublika Çempionu olmuşdur. O,eyni zamanda, Kata üzrə ilk ölkə birincisidir. Rəcəbin qələbəsinə sevinir və onunla qürur duyuruq. Rəcəb, səni təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.