FƏXRİMİZ

Eynulla Xankişi oğlu Ağayev 1907-ci ildə Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur.1925-ci ildə Ramanadakı I dərəcəli məktəbin 5-ci sinfini bitirmiş, təhsilini Sabunçudakı 23№-li  II dərəcəli məktəbdə davam etdirmişdir.

Onun ilk hekayəsi olan “Balıqçı Kamil” 1928-ci ildə Tiflisdə çıxan “Qızıl şəfəq” uşaq jurnalında dərc olunmuşdur. Elə həmin vaxtdan başlayaraq E. Ağayevin əsərləri “Dan ulduzu”, “Komsomol”, “Şərq qadını” jurnallarında “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat və İncəsənət”, “Qızıl əsgər” müxtəlif qəzetlərdə çap olunur. Onun “Teleqram” hekayəsi Moskvada “Pionerskaya pravda”, Kiyevdə “Korko”, Tiflisdə “Norfi Lenin” qəzetlərində, bu hekayə ilə yanaşı bir sıra digər hekayələri də Gürcüstan, Latviya və Özbəkistanda da çap olunmuşdur. E. Ağayevin əsərləri müntəzəm olaraq Dövlət nəşriyyatı tərəfindən nəşr edilmişdir. 1942-ci ildə “Alagöz pişik”, 1955-ci ildə “Sirli qala”, 1961-ci ildə “Tək qayıq” və “Dəcəllər”, 1964-cu ildə “Şişpapaq”, 1967-ci ildə “Dağlarda şimşək çaxır”, 1968-ci ildə “Yağış mahnısı”, 1976-ci ildə “Povestlər və hekayələr”, 1978-ci ildə “Baba nağılı”, 1982-ci ildə “Teleqram”, 1987-ci ildə “Qırmızı respublika” kitabları çap olunmuşdur.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayarkən cəbhəyə gedən E. Ağayev 77-ci divizyanın kəşfiyyat şöbəsinin rəis müavini, fars və türk dilləri üzrə tərcüməçi, batalyon komandirinin siyasi hissə üzrə müavini, diviziya qəzetinin redaktor müavini vəzifələrində çalışmışdır.

E. Ağayev 1978-ci il noyabrın 5-də Bakı şəhərində vəfat etmiş və Buzovnada dəfn olunmuşdur.

1990-cı ildən ədibin doğulduğu boya-başa çatdığı Ramana kəndindəki 198 saylı tam orta məktəb və Buzovna kəndində bir neçə küçə şərəflə Eynulla Ağayevin adını daşıyir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi