Kiçik Akademiya

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqəsinin qalibləri mükafatlandırıldıSabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə 1-ci yerin qalibləri 10a sinif şagirdi Bayramova Leyla və 11b sinif şagirdi Mirağayeva Şükufə tədbirin təşkilatçıları tərəfindən Diplomla təltif olundular. Eyni zamanda həmin şagirdlər və komandanın rəhbəri Qiyasova Lalə məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdilər. Şagirdlərimizə yeni-yeni uğurlar arzulayırıq!

Ətraflı

Məktəbimizin növbəti uğuru28.12.2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqəsinin nəticələri elan olunmuşdur. Yeni ilin ilk uğuru I yer

Ətraflı

7a, 7b, 7c, 7ç sinif şagirdləri arasında "Breyn rinq" yarışması keçirildi"Kiçik Akademiyanın " təşkilatçılığı ilə 7a, 7b, 7c, 7ç sinif şagirdləri arasında "Breyn rinq" yarışması davam etdirilir... Məqsəd şagirdlərin bilik, bacarıq və dünyagörüşünü daha da yüksəltmək, intelektual səviyyəsini artırmaq idi. Yarışın sonunda 7c sinif şagirdləri uğur qazanaraq qalib sinif kimi seçildi.

Ətraflı

8a, 8b, 8c, 8ç sinif şagirdləri arasında "Breyn rinq" yarışması keçirildi"Kiçik Akademiyanın" təşkilatçılığı ilə 8a, 8b, 8c, 8ç sinif şagirdləri arasında "Breyn rinq" yarışması keçirildi. Məqsəd şagirdlərin bilik, bacarıq və dünyagörüşünü daha da yüksəltmək, intelektual səviyyəsini artırmaq idi. Yarışın sonunda 8c sinif şagirdləri uğur qazanaraq qalib sinif kimi seçildi. Şagirdlər gələcəkdə keçiriləcək yarışlarda qalib olmaq üçün böyük səylə çalışacaqlarına söz verdilər və bütün sahələrin onların həyatında vacib rol oynadıqlarını dərk etdilər.

Ətraflı

MƏKTƏBLİLƏRİMİZİN NÖVBƏTİ QALİBİYYƏTİUlu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş məktəblərarası bilik yarışması keçirildi. Bu yarışmada Sabunçu rayonunun 72,170,198,215 və 271 nömrəli məktəbləri iştirak edirdi. Sevindirici haldır ki, 198 N-li məktəbin “Dəmir Yumruq” adlı komandası yarışmanın ilk mərhələsindən birinciliyi əldən vermədilər. Bu qalibiyyət məktəb rəhbərliyinin, müəllimlərin və şagirdlərin işlərini vicdanla, məsuliyyətlə yerinə yetirdiklərinin bariz nümunəsidir. Təşkilatçılığa görə isə 170 N-li məktəbin rəhbərliyinə məktəb kollektivi adından təşəkkürümüzü bildiririk. Unutmayaq ki, Vətəni sevmək işini vicdanla görməkdir.

Ətraflı

KİÇİK AKADEMİYANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ26.11.2021-ci il tarixində E.Ağayev adına 198 nömrəli tam orta məktəkdə Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasa məktəbin Kiçik Akademiya rəhbəri Günay Həsənova rəhbərlik etdi. Görüşdə Kiçik Akademiyanın 2021/2022-ci il üzrə həyata keçirəcəyi tədbirlər müzakirə olundu.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Konfransda 200-dən çox şəxs (47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

"Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqənin qalibləriSabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər. Müsabiqə ərzində işlər qiymətləndirilərək I, II, III yerlərə və Fərqlənmələrə layiq görülmüşdür. Bu müsabiqədə Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbin şagirdlərindən Məmmədova Fatimə və Kərimova Sahirə III yer tutduqlarına görə diplomla, Məmmədli Xatirə isə fərqlənmə sertifikatina layiq görülüblər.

Ətraflı

Zərifə Əliyevanın 98-ci il dönümünə həsr olunmuş elmi-praktiki konfrans28.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Zərifə Əliyevanın 98-ci il dönümünə həsr olunmuş elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfransda 200 - ə yaxın müəllim, şagird, gənclər iştirak edirdi. Bu konfransda 198 nömrəli tam orta məktəbin KA rəhbəri Həsənova Günay, 10 – cu sinif şagirdləri Aysel Heydərova, Zərifə Məmmədova, Səbinə Mustafazadə də iştirak edirdilər.

Ətraflı

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başladı. Daha sonra 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmiranın hazırladığı videoçarxa baxış oldu. Ardınca Sabunçu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y. adına 112 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə , 169 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Fərman Əmirov , elmi-məqalə müsabiqəsinin qalib müəllimləri ; Aysel Vəlizadə (255 nömrəli tam orta məktəb), Məmmədli Sevinc (307 nömrəli tam orta məktəb), Manaflı Mehri (128 nömrəli tam orta məktəb), Qəmbərova Məhsəti (113 nömrəli tam orta məktəb), Vəliyeva Humay ( 155 nömrəli tam orta məktəb), elmi-məqalə müsabiqəsinin qalib şagirdləri ; Tağızadə Rəhiməxanım (96 nömrəli tam orta məktəb), Rüstəmova Aysu (142 nömrəli tam orta məktəb) Bahar Həmidova (271 nömrəli tam orta məktəb) yazdıqları məqalələri üzrə çıxış etdilər.

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumaları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir. Bu konfransda 198 nömrəli tam orta məktəbin KA rəhbəri Həsənova Günay, tarix müəllimi Həsrətli Lalə, 11 “A” sinif şagirdləri Vəliyeva Elvira və Fərzəliyeva Çinarə də iştirak edirdilər.

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsiSabunçu Regional Kiçik Akademiyasının rəhbərliyi ilə Sabunçu rayonu məktəbləri arasında "Aprel döyüşlərindən Qarabag Zəfərinə gedən yol"adlı layihənin Steam fənni ilə inteqrasiyasi ilə bağlı müsabiqə keçirilmişdir. Müsabiqədə Sabunçu rayonunun Steam fənni tədris edilən məktəbləri iştirak etmişdir.Məktəbimizin 6b sinif şagirdi Hüseyn Əmrahov "Şuşa" adlı layihəsi ilə 2-ci yerə layiq görülmüşdür.

Ətraflı

Sabunçu rayonu E.Ağayev adına 198№li tam orta məktəbin "Kiçik Akademiyası"nın BƏYANNAMƏSİMəktəbin Kiçik Akademiyası məktəbin şagird kollektivinin elmi, psixoloji, mənəvi inkişafının təmin edilməsi üçün yaradılmış və məktəbin ali komitəsidir.

Ətraflı

198№li Məktəbın Kiçik Akademiyasının Tarixi, Rəhbərliyi və Üzvləri haqqında məlumat198№li tam orta məktəbin "Kiçik Akademiya"sı 2016- cı ildən fəaliyyətə başlamışdır. "Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanıları ilə fərqlənən istedalı şagirdlərin könüllü birliyidir. "Kiçik Akademiya"nın fəaliyyətinin tənzimlənməsi məktəbin rəhbərliyi tərəfindən həyata keçirilir. Hal-hazırda "Kiçik Akademiya"nın Prezidenti məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zöhrabova Vüsalədir.

Ətraflı

" Yerin daxili quruluşu"Kiçik akademiyanın üzvi coğrafiya müəllimi Şirinova Nerminə 6ç sinfində " Yerin daxili quruluşu" mövzusunda şagirdlər hazırladıqları slaydları nümayiş edildi.

Ətraflı

Aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi     E. Ağayev adına 198N-li tam orta məktəbin pedaqoji kollektivi şəhid və aztəminatlı ailələrə daim diqqət və qayğı ilə yanaşmışdır. Bu diqqət qayğının nümunəsi olaraq Ramana kəndinin ilk şəhid ailəsi sayılan Qafarova Rəfiqə xanımın problemlərinin həllinə dəstək məqsədilə yaşadığı evin uçmuş tavanının yenidən bərpasına yardım göstərmiş və bununla bir daha sübut etmişdir ki, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin ailələrinə qayğı hər zaman diqqət mərkəzində olub və olacaqdır. Eyni zamanda 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində məktəbin direktoru Ş.Nadirovanın rəhbərliyi ilə Kiçik Akademiyanın üzvləri həmin şəhid ailəsi ilə bir daha görüş keçirdi. Görüş məqsəd şagirdlərimizə vətənpərvərlik hisslərinin aşılanması, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərə hörmət və rəğbət hissinin təbliğ edilməsidir. Həmçinin şagirdlərimiz 21.01.2019-cu il tarixində şəhidlər xiyabanında olmuş, burada uyuyan qəhrəman övladları ziyarət edərək şəhidlərin məzarları üstə al qərənfillər qoymuşlar. Əminliklə deyə bilərik ki, gənc nəsil vətənpərvərlik ruhunda təşkil edilmiş silsilə tədbirlərdən örnək götürəcək və şəhidlərimizin ruhunu hər zaman əziz tutacaqdır.

Ətraflı

Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdirE. Ağayev adına 198 saylı tam orta məktəbdə Aprel döyüşlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandi. Kiçik akademiyanın üzvləri H. Eldar, K. Mahir çıxışlarını Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək başladılar. Şagirdlərimizə Aprel döyüşləri haqqında məlumatlar verildi və döyüşlərin nəticələri haqqında , o cümlədən baş verən hadisələri əks etdirən video-çarx izlənildi. Tədbirin məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə etmək, vətənə məhəbbət, sevgi hisslərini aşılamaqdır. Hər damla qanımız şərəfimiz, məsuliyyətimizdir!

Ətraflı

"Kiçik Akademiya"E. Ağayev adına 198N-li tam orta məktəb Kiçik Akademiyanın təşkilatçılığı ilə şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Breyn-Rinq intellektual oyunu keçirildi. Müxtəlif sahələrdə istedadları ilə fərqlənən şagirdlər, hər birində 10 nəfər olmaqla 5 komanda şəklində iştirak etdilər. Bilik yarışmasında maraqlı və olduqca düşündürücü suallara cavab verməyə çalışan komandalar bir-birinə qalib gəlmək üçün əllərindən gələni edir, öz qabiliyyətlərini, bilik və bacarıqlarını nümayiş etdirdilər. Kəskin mübarizənin sonunda savadı və intellekti ilə seçilən “Dahi”, “Qələbə”, “Bilici” və “Evrika” komandaları qalib gələrək növbəti tura vəsiqə qazandılar.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

İlahə Qaçayeva Yaşar

Nərgiz Babayeva Tahir

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

İlahə Qaçayeva Yaşar

Nərgiz Babayeva Tahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi