"Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqənin qalibləri

Sabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər. Müsabiqə ərzində işlər qiymətləndirilərək I, II, III yerlərə və Fərqlənmələrə layiq görülmüşdür. Bu müsabiqədə Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbin şagirdlərindən Məmmədova Fatimə və Kərimova Sahirə III yer tutduqlarına görə diplomla, Məmmədli Xatirə isə fərqlənmə sertifikatina layiq görülüblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi