Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir

E. Ağayev adına 198 saylı tam orta məktəbdə Aprel döyüşlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandi. Kiçik akademiyanın üzvləri H. Eldar, K. Mahir çıxışlarını Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək başladılar. Şagirdlərimizə Aprel döyüşləri haqqında məlumatlar verildi və döyüşlərin nəticələri haqqında , o cümlədən baş verən hadisələri əks etdirən video-çarx izlənildi. Tədbirin məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə etmək, vətənə məhəbbət, sevgi hisslərini aşılamaqdır. Hər damla qanımız şərəfimiz, məsuliyyətimizdir!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi