Aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi

     E. Ağayev adına 198N-li tam orta məktəbin pedaqoji kollektivi şəhid və aztəminatlı ailələrə daim diqqət və qayğı ilə yanaşmışdır. Bu diqqət qayğının nümunəsi olaraq Ramana kəndinin ilk şəhid ailəsi sayılan Qafarova Rəfiqə xanımın problemlərinin həllinə dəstək məqsədilə yaşadığı evin uçmuş tavanının yenidən bərpasına yardım göstərmiş və bununla bir daha sübut etmişdir ki, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin ailələrinə qayğı hər zaman diqqət mərkəzində olub və olacaqdır. Eyni zamanda 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində məktəbin direktoru Ş.Nadirovanın rəhbərliyi ilə Kiçik Akademiyanın üzvləri həmin şəhid ailəsi ilə bir daha görüş keçirdi. Görüş məqsəd şagirdlərimizə vətənpərvərlik hisslərinin aşılanması, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərə hörmət və rəğbət hissinin təbliğ edilməsidir. Həmçinin şagirdlərimiz 21.01.2019-cu il tarixində şəhidlər xiyabanında olmuş, burada uyuyan qəhrəman övladları ziyarət edərək şəhidlərin məzarları üstə al qərənfillər qoymuşlar. Əminliklə deyə bilərik ki, gənc nəsil vətənpərvərlik ruhunda təşkil edilmiş silsilə tədbirlərdən örnək götürəcək və şəhidlərimizin ruhunu hər zaman əziz tutacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi