"Kiçik Akademiya"

E. Ağayev adına 198N-li tam orta məktəb Kiçik Akademiyanın təşkilatçılığı ilə şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Breyn-Rinq intellektual oyunu keçirildi. Müxtəlif sahələrdə istedadları ilə fərqlənən şagirdlər, hər birində 10 nəfər olmaqla 5 komanda şəklində iştirak etdilər. Bilik yarışmasında maraqlı və olduqca düşündürücü suallara cavab verməyə çalışan komandalar bir-birinə qalib gəlmək üçün əllərindən gələni edir, öz qabiliyyətlərini, bilik və bacarıqlarını nümayiş etdirdilər. Kəskin mübarizənin sonunda savadı və intellekti ilə seçilən “Dahi”, “Qələbə”, “Bilici” və “Evrika” komandaları qalib gələrək növbəti tura vəsiqə qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi