Nailiyyətlərimiz

"Badamlı" karate klubunun “Müəllimlər Günü”nə həsr olunmuş turnirində I yerE.Ağayev adına 198N-li tam orta məktəbin 1"c" sinif şagirdi Xəlilzadə Asya Elvin qızı 5 oktyabr 2024-cü ildə "Badamlı" karate klubunun “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş turnirində iştirak etmiş və 1-ci yerə layiq görülmüşdür. Uğurları davamlı olsun . Təbrik edirik.

Qarabağ Universiteti məzunumuzMəktəbimizin şagirdi Bayramova Leyla 625 balla Qarabağ Universitetinin "Hüquqşünaslıq" fakültəsinə qəbul olunmuşdur. Bu qürurverici anı bizə yaşatdığına görə sənə təşəkkürümüzü bildiririk. Şagirdimizlə fəxr edirik.

Məktəblimizin yaradıcılıq müsabiqəsindəki uğuruMəktəbimizin 11-ci sinif şagirdi Abukejdərova Mərziyə  17 avqust Soçi şəhərində uṣaq, gənclər və böyüklər arasında keçirilən "У самого Чёрного Моря" adlı XXl beynəlxalq yaradıcılıq müsabiqəsində iştirak etmiş və birinci yerə layiq görülərək Vətənimizin bayrağını  dalğalandırması çox qürurvericidi. Mərziyə qızımızı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aytən Zamanova Şükür

Eldar Allahverdiyev Yaqub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi