“Gimnastika hamı üçün” növü üzrə yarışda I yer26-29 aprel tarixlərində bədii gimnastika üzrə Gürcüstanın Tbilisi şəhərində baş tutan “Tbilisi Gymnaestrada” 2024 – də ölkəmizi təmsil edən millimiz baş məşqçi Ruslan Eyvazovun rəhbərliyi altında “Gimnastika hamı üçün” növü üzrə yarışda iştirak edib. Qrup komandasının tərkibində millimiz 1-ci yerə layiq görülüb. Nəticədə gimnastlarımız ölkəmizə qızıl medalla qayıdıblar. Bu komanda iştirakçılarından Eyvazova Nərminə Emin qızı E.Ağayev adına 198№ li tam orta məktəbin 7c sinif şagirdidir. Biz də məktəb kollektivi adından dünyanın müxtəlif yerlərində fərqli növlər üzrə mübarizə aparan idmançılarımıza, eləcə də bütün gimnastlarımıza uğurlar arzulayırıq.
Amerika Riyaziyyat Olimpiadasında bürünc medalMəktəbin 9A sinif şagirdi İsmayılov Rəvan Ramin oğlu Amerika Riyaziyyat Olimpiadasında III yeri tutaraq bürünc medala layiq görülmüşdür.
Şagirdimizə riyaziyyatın əhəmiyyətini və daha dərindən dərk edilməsini təşviq edən olimpiadalarda növbəti uğurlar arzulayırıq.
Məktəbimizin 10b sinif şagirdi Humay İsayeva bürünc medalla təltif olunubMəktəbimizin 10b sinif şagirdi Humay İsayeva "INTELLIGENCE QUOTIENT" olimpiadasında bürünc medalla təltif olunub.Şagirdimizi təbrik edir və ona uğurlar arzulayırıq.