Şagirdlərimiz sertifikatla təltif olundularMəktəbimizin 8-ci sinif şagirdləri Ağazadə Elmir və Əsgərova Lamiyə 24 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitunun təşkili etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak edərək Sertifikatla təltif olunmuşlar.
Məktəblilərimiz "Zəfər" məktəblilərarası I tarix olimpiadasında qalib oldu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Zəfər” məktəblilərarası I tarix olimpiadası keçirildi. Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış Qələbə və qəhrəman Ordumuzun Zəfər Yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
"Zəfər" məktəblilərarası I tarix olimpiadasının ilk turunun qalibləri məktəbimizin X sinif şagirdləri Məmmədzadə Fatimə - 24, Dadaşova Fəridə - 23, Cəfərova Meyxoş - 20 bal toplayaraq final turunda iştirak hüququ qazanmışlar. Hər bir şagirdimizə final turunda uğurlar arzu edirik.
Şagirdlərimizin Bədii Gimnastikadakı uğurlarıE.Ağayev adına 198 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi fəxrimiz, sevimli Rəşidova Nəzrin 25-27 noyabr tarixində keçirilən Bədii Gimnastika üzrə 1-ci Beynəlxalq “Ocaq Cup” yarışında fərdi çıxışlar üzrə 1-ci yerə layiq görülmüşdü və eyni yarışmada 6-cı sinif şagirdi Eyvazova Nərminə isə qrup hərəkətləri üzrə 2-ci yerə layiq görülmüşdü. Hər iki şagirdimizi təbrik edir, onlara uğular arzulayırıq.