Alim MəmmədovŞagirdlərimizin idman sahəsinə olan marağı daim diqqət mərkəzində saxlanılır.
Həmin şagirdlərdən biri də 10a sinif şagirdi Alim Məmmədovdur.MMA idman növü üzrə iştirak etdiyi yarışlardan hər zaman qalib olaraq ayrılır.Onun yarış zamanı aldığı medal və diplomlar hər dəfə məktəb kollektivini sevindirir.
Onun qazandığı nailiyyətlərdən biri də “WORLD TAY-KİK VALETUDO FEDERETİON” yarışmasında uğur qazanmasıdır.
Sonuncu qalibiyyəti onun 2025-ci il mart ayında Zeyd Döyüş Mərkəzinin MMA üzrə turnirində I yer qazanmasədır.
Şagirdimizə növbəti yarışlarda uğurlar azrulayırıq.
Məktəbimizin uğuru“Olimpiya Dəyərlərinin Tədrisi Pqoqramı” üzrə keçirilən təlimləri müvəffəqiyyətlə tamamladıqlarına görə məktəbimizin fiziki tərbiyə müəllimləri Yalçın Əlizadə və Orxan Bəylərzadə sertifikatla təltif olunublar.
Məktəbimizin uğuruUlu Öndər Heydər Əliyevin 102 illik xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə X.T.Q idman klubunun Turnirində fəal iştirak etdiyinə görə məktəbimizin direktor əvəzi Ruhiyyə Qurbanova fəxri fərman və medalla təltif edilib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu idman növü hal-hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı bütün sahələrdə olduğu kimi bu sahədə də daim üzərimizdədir .
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan idmanı!