12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

      Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Müstəqil Azərbaycanın ulu öndəri  Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

   Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

  Konstitusiya Günü ilə əlaqədar olaraq məktəbimizdə "Dəyirmi masa" keçirildi." Dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının  yaranması haqqında şagirdlərə məlumat verdi. Sonra məktəbin tarix müəllimi Səlimova Mavilə, UBR –i Heydərova Vüsalə,  kitabxana müdiri Məmmədova Zülfiyyə və şagirdlər məruzələrlə çıxış  etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi