HAQQIMIZDA

         197 saylı tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir.Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşir.Məktəbin binası bir korpusdan və iki mərtəbədən ibarərətdir.Həyətyanı sahəsi 2052m2 – dir.Məktəb I növbəli və 5 günlük iş həftəsi ilə işləyir.Məktəbimiz bu məktəbin məzunu olmuş qəsəbə sakini şəhid Elman Heydərovun adını daşıyır.2006/2007-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.Məktəbdə hal-hazırda 20 sinif komplektləşdirilib və bu siniflərdə şagirdlərin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.Məktəbdə müasir kompüter kabineti şagirdlərin ixtiyarına verilmişdir.Dərs zamanı həm ibtidai, həm də yuxarı sinif şagirdləri elektron lövhələrdən istifadə edirlər.Şagirdlər məktəb kitabxanasında ədəbi-bədii əsərlərlə, şairlərin həyatı ilə, ensiklopediyalarla, dərsliklərlə maariflənirlər.Hər tədris ilində məktəbimizin şagirdləri arasında bilik yarışması təşkil olunur.Eyni zamanda, idman sahəsində idmançı şagirdlərimiz müxtəlif ölkələrdə və Avropa Çempionatında layiqli yerlər tutmuş və diplom, medallarla təltif olunmuşlar.Hər il olduğu kimi bu tədris ilində də məzunlarımızın bir neçəsi ali məktəblərə qəbul olunublar.              197 saylı tam orta məktəblə əlaqə saxlamaq üçün: Telefon: 545-96-24. Məktəbin təhsil saytı: https://bakimektebleri.edu.az/197/ Elektron-poçt ünvanı: [email protected] Facebook.com səhifəsi: Elman Heydərov adına 197 saylı tam orta məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi