Kiçik Akademiya

Opera səhnəmizin Leyliləri araşdırmaKicik Akademiyanın akademistləri "Leyli rolunun ifaciları"mövzusunda arasdırma aparmış və təqdim etmişlər.Təqdimatda Leyli rolunu ifa edən müxtəlif aktyorlar haqqında məlumat vemişlər.

Ətraflı

Süleyman Sani AxundovMəktəbimizin 7a sinfinin akademistləri humanitar sahənin şagirdləri Süleyman Sani Axundovun həyat və yaradıclıgını arasdırmış,"Qorxulu nagillar" silsiləsindən müəllifin hekayələrini arasdırmış, əsərlərin ideyasını,mövzusunu tədqiq etmişlər.

Ətraflı

Müxtəlif xalqların şifahi xalq ədəbiyyatı       Kiçik akademistlər müxtəlif xalqların şifahi xalq ədəbiyyatını araşdıraraq Avropa, Azərbaycan, Ərəb-fars, Asiya ölkələri folklorundan əfsanələri tədqiq etmişlər və müxtəlif əfsanələrin məzmunu, yaranma tarixi ilə tanış olmuşlar.

Ətraflı

Tədqiqatçı şagirdlər - “Kiçik Akademiya”nın üzvləri“Kiçik Akademiya” üzvləri "Nizami Gəncəvinin hökmdarlara münasibəti " mövzusunda araşdırmalar apararaq maraqlı fikirlərilə çıxış etmişdilər. Muəllifin yaradıcılığında təsvir olunan hökmdar obrazları, şairin sadə peşə adamlarına münasibəti də öz əksini tapmışdır.

Ətraflı

Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşü"Heydər Əliyev ili"nə həsr olunmuş "Kiçik Akademiya"üzvlərinin I ümumşəhər konfransı keçirilmişdir. Tədbirdə“Kiçik Akademiya"nın rəhbəri Sevinc Vəliyevanın təşkilatçılığı ilə məktəbimizin 11a sinif şagirdi Sultanzadə Zilbənd Şahin qızı da "Dede Qorqud obrazı incəsənətin müxtəlif sahələrində"adlı mövzu ilə çıxış etmişdir.

Ətraflı

Heydər Əliyev və gənclik     20 aprel 2023-cü ildə məktəbmizdə”Kiçik Akademiya”nın üzvləri olan 10-cu sinif şagirdləri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev və gənclik" mövzusunda araşdırmalar apararaq tədbir keçirmişdilər.Tədbirdə şagirdlər Heydər Əliyevin Azərbaycan gəncliyinin  həyatında böyük rolunun olmasın mövzusunda müxtəlif fikirlər söyləmişdilər.          Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Ətraflı

Ən yaxsı hekayə      13 fevral 2023-cü ildə məktəbimizdə "Kiçik Akademiya"nın üzvləri arasında kecirilən "Vətənpərvərlik ruhunda yazılmış ən yaxsı hekayə"musabiqəsinin qalibləri muəyyənləşib. Qaliblər diplomlarla mukafatlandırılıb.          

Ətraflı

Şifahi xalq ədəbiyyatı13 yanvar 2023-cü ildə məktəbimizin Azərbaycan dilı və ədəbiyyat müəllimi Məmmədrəhimova Elnarə 5a sinfinin iştirakı ilə "Kiçik Akademiya"nın proqramı üzrə "Məsəllər, rəvayətlər, lətifələr" mövzusunda təqdimat nümayiş etdirdilər. Şagirdlər məsəlləri rollar üzrə də təqdim etdilər.

Ətraflı

"Azərbaycanda astronomiya elminin inkişafı5 yanvar 2023-cü ildə 6 "a" sinfinin akademistləri "Azərbaycanda astronomiya elminin inkişafı - Şamaxı" ,"Marağa rəsədxanaları" və "Günəş sisteminin planetleri" mövzularında araşdırmalar aparmış, təqdimatlar hazırlamışlar.

Ətraflı

Azərbaycan Tarix muzeyinə gəzinti24 dekabr 2022-ci ildə məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbər və üzvləri ilə birlikdə Azərbaycan Tarix Muzeyinə gəzinti təşkil olunmuşdur.Şagirdlərimiz muzeydə fəaliyyət göstərən Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə baxış keçirmiş,onun həyat və fəaliyyəti ilə yaxından tanış olmuşlar.Həmçinin muzeyin nəzdində fəaliyyət göstərən "Xarıbülbülün vətəni-Şuşa","Azad Şuşanın ilk qarı"adlı sərgilərə tamaşa etmişlər.

Ətraflı

"Kiçik Akademiya"nın cari ildə ilk iclasıOktyabrın 11- i 2022-ci ildə məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın cari tədris ilində ilk iclası keçirilmişdir. “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsidir. Akademiyanın rəhbəri Sevinc Vəliyeva məktəbin 5-ci siniflərini akademiyanın fəaliyyəti,şərtləri,sahələri, iş prinsipləri ilə tanış etdi.Hər bir şagirdin istədiyi, maraq göstərdiyi fəaliyyət sahəsinə cəlb olunması şagirdlərə tövsiyə olundu.Onların sualları cavablandırıldı.

Ətraflı

Ana dilim varlığımdırBu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş"Ana dilim varlığımdır" adlı şeir müsabiqəsi keçirildi. Məktəbin V-Xl sinif şagirdləri müsabiqədə ana dilinə həsr olunmuş şeirlər söylədilər. Müsabiqədə şairlərin müxtəlif şeirləri səsləndi, ən gözəl şeir deyən şagirdlər münsiflər heyəti tərəfindən I, II, III yerə layiq görüldülər. I yerə 8a sinif şagirdi Əli Şahbazov, II yerə 10 a sinif şagirdi Elvin Mirzəliyev, III yerə isə 5a sinif şagirdi Fatimə Mirzəquliyeva növbəti müsabiqəyə vəsiqə qazandılar. Şagirdlərimizə gələcək nəaliyyətlərində uğurlar arzulayırıq.

Ətraflı

    Vətən şəhidləri ilə ucalır     19 Yanvar- 2022- ci ildə Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş "Vətən şəhidləri ilə ucalır" adlı tədbir keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova açaraq vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra o öz çıxışında faciənin baş verdiyi 20 Yanvar tariximizə ümumxalq hüzün günü kimi daxil olduğunu , 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın taleyinə qanla yaqzıldığını qeyd etdi. Tədbirdə Vlll sinif şagirdləri "Ana fəryadı "adlı kompozisiyasını təqdim etdilər. V, Vl ,Vll sinif şagirdləri şeirlər, bayatılar ifa etdilər.                Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Vüsalə Heydərova öz çıxışında 20 yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Şəhidlər şəhidlik zirvəsinə ucaldı, hərəsi bir nəslin soyadını vətən tarixinə yazdı, əbədiyyətə qovuşdu. Artıq torpağlarımız azaddır.                Allah vətənin suverenliyi yolunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin

Ətraflı

Şəhidlər fəxrimiz,qürur mənbəyimizdir!Şəhidlər bizim qürur yerimiz,fəxrimizdir! Yanvar ayının 19 - u 197 nömrəli tam orta məktəbin II a sinifində "Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir!" adlı tədbir keçirildi.Tədbirdə sinif müəllimi Vəsilə Canbaxışova şagirdlərə Qanlı Yanvar faciəsi haqqında geniş məlumat verdi. Şagirdlər şəhidlərimizə aid kompozisiyalar hazırlayıblar. Onlar tədbirdə şeirlər səsləndirdilər,şəhidlərimizin şəkillərinin önünə tər qərənfillər qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ətraflı

20 yanvar18 yanvar 2022 - ci ildə məktəbin ibtidai sinif müəllimi Mətanət Allahverdiyevanın təşkilatçılığı ilə 3b sinifində sinif təşkilat saatı keçirdi."20 yanvar faciəsinin 32"-ci ildönümünə həsr olunmuş sinif saatında şəhidlərin əziz xatirəsi dərin hüznlə yad edildi. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.

Ətraflı

Kiçik Akademiyaların fəaliyyəti ilə bağlı konfrans       228 saylı tam orta məktəbdə "Kiçik Akademiya"ların fəaliyyəti ilə bağlı konfrans keçirildi. Konfransda iştirak edən məktəb rəhbərləri və şagirdlərdən olan Akademiya prezidenti və vitse - prezidenti Akademiyanın işinin təkmilləşdirilməsi, həyata keçiriləcək layihələr, sənədləşmə işləri haqqında geniş məlumat verdilər. Gələcəkdə "Kiçik Akademiya"nın işinin daha da təkmilləşdirilməsi, yəni sahələrin yaradılması, şagirdlərin tərkibinə cəlb olunması haqqında tövsiyələr verildi, Qaradağ rayon məktəblərinin Akademiyanın işində fəal iştirakı haqqında danışıldı. Şagird müəllim  valideyn müştərəkliyi xüsusiylə vurğulandı. Sonda şagirdlərin işlərindən ibarət slaydlar və təqdimatlar göstərildi.    

Ətraflı

"Kiçik Akademiya"nın fizika bölmə üzvlərinin təcrübə işləriMay ayının 25 - i 2021- ci ildə 197 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə fizika müəllimləri Samirə Allahverdiyeva, fizika laborantı Əntiqə Rəhimova Uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Heydərova və tərbiyə işləri üzrə direktor müavini İradə Salmanovanın rəhbərliyi altında “Kiçik Akademiya”nın fizika bölmə üzvləri Maddənin quruluşu: Atom və molekul, Cisimlərin istidən genişlənməsi, Maddənin ölçülə bilən xassələri; həcm və onun ölçülməsinə aid təcrübə işləri apardılar.

Ətraflı

Kiçik AkademiyaYaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsini, bu sahədə yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsini, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə “Kiçik Akademiya”  nəzdində muxtəlif fənn aylıqları kecirilmisdir. . “Kiçik Akademiya”ya  üzv olan sagirdlər bu tədbirlərdə fəal istirak etmis, muxtəlif mövzular üzrə təqdimatlar nümayis etdirmis,təcrübə aparmislar Kimya fənni üzrə müəllimin rəhbərliyi ilə  "Duzlarin suda həll olunması "mövzusunda təqdimat hazırlamıs,təcrübələr aparmislar. Biologiya fənnindən "Insanin daxili orqanlar sistemi" mövzusunda müzakirələr aparilmış,çıxışlar edilmisdir.Təqdimat zamani əyani vəsaitlərdən istifadə olunmusdur. Cografiya fənni üzre fənn aylıgında akademiya üzvləri "Yer kürəsində qloballasma" mövzusunda təqdimatlar hazirlamıdşdılar.

Ətraflı

  “Kiçik Akademiya”nın açılışı25 dekabr 2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 197 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın açılışı oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə “Kiçik Akademiya”nın prezidenti Sevinc Bağırova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Bağırova qonaqları salamladı. Sonra o,“Kiçik Akademiya”nın fəaliyyətindən bəhs edib, əldə olunan uğurların qazanılmasında müəllim və şagirdlərin birgə səylərinin mühüm rol oynadığını qeyd etdi. Tədbirdə şagirdlərin ifasında “Kiçik Akademiya”nın himni səsləndirildi. “Kiçik Akademiya”nın prezidenti yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsində “Kiçik Akademiya”nın böyük rolunu vurğuladı və əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi. Tədbirdə vətənpərvərlik ruhunda mahnı və şeirlər ifa olundu. Sonda şagirdlər özlərinin hazırladıqları “Fənnlərin mübahisəsi” səhnəciyini nümayiş etdilər.

Ətraflı

Müsabiqə“Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrant müsabiqəsinin 20 sentyabr – 20 dekabr 2019 – cu ildə keçirilən “Kiçik Akademiya rəhbərləri üçün təlimlər layihəsi”ndə Akademiya rəhbəri Bağırova Sevinc Soltan qızı müvəffəqiyyətlə iştirak etdiyi üçün sertifikata layiq görülüb.

Ətraflı

Kiçik Akademiyanın iclası16.10.2019 –cu ildə məktəbimizdə " Kiçik Akademiya" nın növbəti iclası keçirildi. İclasda məktəbimizin şagirdlərini " Kiçik Akademiya" haqqında akademiyanın prezidenti Bağırova Sevinc məlumatlandırdı. Şagirdlər arasında akademiyanın prezidenti və vitse- prezidentləri seçildi. Hər kafedranın şagirdlər içərisindən rəhbəri və yardımçıları seçildi. Kafedraların üzvləri müəyyənləşdirildi.

Ətraflı

Kiçik Akademiyanın loqosuBakı Şəhəri Təhsil İdarəsinin Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətini gücləndirilməsinə dair əmrinə əsasən Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə təsis konfransı keçirildi. Konfransı giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova" Kiçik Akademiya"nın loqosunu iştirakçiların müzakirəsinə təqdim etdi. Məktəbin təsviri incəsənət müəllimi Sahib Şəmizadə tərəfindən hazirlanan loqo yekdilliklə" Kiçik Akademiya"nın loqosui kimi qəbul edildi.

Ətraflı

Məktəbin Kiçik Akademiyası23 sentyabr 2019-cu ildə məktəb kollektivinin iştirakı ilə Məktəb "Kiçik Akademiya"sının (MKA) yaradılması ilə bağlı iclas keçirildi. İclası açıq elan edən direktor müavini bu işdə bütün müəllimlərə uğurlar arzuladı. "Kiçik Akademiya" nın prezdenti, vitse-prezidentləri seçildi. Kafedralar yaradıldı və kafedraların rəhbərləri təyin olundu.

Ətraflı

Kiçik Akademiya rəhbərləri üçün təlimlər20. 09 .2019 – cu ildə Suraxanı rayonu 232 saylı tam orta məktəbdə “ Kiçik Akademiya"nın işinin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbimizin direktor müavini və müəllimlər də iştirak etdilər. Bildiyimiz kimi bu il Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innavasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində çoxsaylı layihələrin iclasına start verilib. Bu tədbirlərdən biri də “Kiçik Akademiya" nın rəhbərləri üçün təlimlərin keçirilməsidir. Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcək.

Ətraflı
HAQQIMIZDA

         197 saylı tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir.Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşir.Məktəbin binası bir...

BİZİM FƏXRLƏRİMİZ

Şahbazova Lamiyə Ceyhun

Sevinc Məmmədova Yalçın

HAQQIMIZDA

         197 saylı tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir.Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşir.Məktəbin binası bir...

BİZİM FƏXRLƏRİMİZ

Şahbazova Lamiyə Ceyhun

Sevinc Məmmədova Yalçın

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi