Vətən şəhidləri ilə ucalır

     19 Yanvar- 2022- ci ildə Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş "Vətən şəhidləri ilə ucalır" adlı tədbir keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova açaraq vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra o öz çıxışında faciənin baş verdiyi 20 Yanvar tariximizə ümumxalq hüzün günü kimi daxil olduğunu , 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın taleyinə qanla yaqzıldığını qeyd etdi. Tədbirdə Vlll sinif şagirdləri "Ana fəryadı "adlı kompozisiyasını təqdim etdilər. V, Vl ,Vll sinif şagirdləri şeirlər, bayatılar ifa etdilər.                Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Vüsalə Heydərova öz çıxışında 20 yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Şəhidlər şəhidlik zirvəsinə ucaldı, hərəsi bir nəslin soyadını vətən tarixinə yazdı, əbədiyyətə qovuşdu. Artıq torpağlarımız azaddır.                Allah vətənin suverenliyi yolunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi