FƏXRİMİZ

     Elman Səftər oğlu Heydərov 1968-ci il fevralın 24-də Bakı şəhərində anadan olub.

      Elman Heydərov 1974-ci ildə 197 saylı orta məktəbə daxil olub və 1982-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.

     O, Ələt qəsəbəsindəki peşə məktəbində çilingər ixtisasına yiyələnib.

     1986-cı ilin aprel ayında hərbi xidmətə cağrılıb. 3 ay Qroznıda hərbi xidmətdə olandan sonra Elman Əfqanıstanda hərbi xidmətini davam etdirib.

    Xidmət etdiyi müddətdə Elman özünü intizamlı, təşəbbüskar və mərd döyüsçü kimi göstərilmişdir. Həmişə doğrucul və qayğıkeş yoldaş olmuşdur.

    Elman Heydərov 1986-cı il sentyabrın 27-də döyüşlərin birində şəhid olub.

    Elmana minnətdar olaraq ölmündən sonra Əfqan xalqının medalı və “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

    Elman Heydərov Qaradağ rayonunun ilk Əfqanıstan şəhidi olmuşdur. O, Abşeron rayonunun Güzdək kənd qəbristanlığında dəfn olunub.

   Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki 197 saylı tam orta məktəb Elman Heydərovun adını daşıyır. Məktəbdə onun büstü qoyulub. Güzdək qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi