"Kiçik Akademiya"nın cari ildə ilk iclası

Oktyabrın 11- i 2022-ci ildə məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın cari tədris ilində ilk iclası keçirilmişdir. “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsidir. Akademiyanın rəhbəri Sevinc Vəliyeva məktəbin 5-ci siniflərini akademiyanın fəaliyyəti,şərtləri,sahələri, iş prinsipləri ilə tanış etdi.Hər bir şagirdin istədiyi, maraq göstərdiyi fəaliyyət sahəsinə cəlb olunması şagirdlərə tövsiyə olundu.Onların sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi