Reproduktiv sağlamlıq

       2 iyun 2025- ci ildə  197 nömrəli tam orta məkrəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AzQAC-ın 105 illik Yubileyi ilə əlaqədar 1 İyun –Uşaqların Müdafiəsi Gününə həsr edilmiş “Qadın və uşaqların sağlamlığının qorunması”mövzusunda tədbir keçirilib.

      AzQAC-ın  Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran tədbir iştirakçılarını salamlayaraq tədbirin əsas mahiyyətini açıqlayıb.

       AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova “Qadın və uşaqların sağlamlığının qorunması” ilə bağlı məlumatları təqdim edib. Sonra isə maarifləndirmə çərçivəsində, saglam həyat tərzi və reproduktiv saglamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində, “Qadın və qızların gigiyenası” mövzularına  aid çıxışlar edilib, şagrdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi