1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

30 may 2025 - ci ildə məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səslənirildikdən sonra Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verildi.
Tədbir zamanı şagirdlər şeirlər səsləndirdilər, musiqi ifaları təqdim etdilər və maraqlı səhnəciklər nümayiş etdirdilər. Bayram əhval-ruhiyyəsində keçən tədbir uşaqlar üçün xoş anlarla yadda qaldı.
Hər bir uşaq bir ümiddir–ona sahib çıxmaq gələcəyə sahib çıxmaqdır.
Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.