14 iyun tarixində məktəbimizdə "Son zəng" tədbiri keçirildi.

       14 iyun 2025-ci il tarixində məktəbimizdə ənənəvi "Son zəng" tədbiri keçirildi. Tədbiri məktəbin kitabxana müdiri Zülfiyyə Məmmədova açıq elan edərək, məzunlara uğurlar arzuladı və onlara həyatlarında yeni bir mərhələyə qədəm qoyduqlarını vurguladı.Tədbir məktəbin həyətində bayram ab-havasında təşkil olundu.    

        Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra məktəbin direktoru Elmira Namazova ,Uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Heydərova, sinif rəhbəri Samirə Allahverdiyeva  və digər qonaqlar çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzuladılar. Müəllimlər öz tövsiyələrini və xoş arzularını bölüşdülər.

       Məzunlar isə həm məktəbdə keçirdikləri illərlə bağlı xatirələrini bölüşdülər, həm də müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdilər. Tədbir musiqi nömrələri, şeir və rəqs kompozisiyaları ilə davam etdi. Ənənəyə uyğun olaraq, son zəng çalındı və hava şarları səmaya buraxıldı.

       Məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlərin iştirakı ilə baş tutan tədbir duyğusal və gözəl  anlarla yadda qaldı.

       "Son zəng" tədbiri məktəblə vidalaşan məzunlar üçün unudulmaz bir xatirəyə çevrildi.

                      

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi