IX sinif valideyinləri ilə iclas

Sentyabr ayının 12 -də məktəbin akt zalında 10 və 11-ci sinf şagirdlərinin valideynləri ilə görüş keçirilib.
İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri, fənn müəllimləri və valideynlər iştirak ediblər. İclası giriş sözü ilə açan məktəbin direktoru Elmira Namazova məktəbdaxili sağlam psixoloji mühitin formalaşdırılması, dərsə davamiyyət, şagird nailiyyətlərinin artırılması, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolu, şagird davranış qaydalarının tətbiqinə nəzarət, təhsilalanların inkişafı istiqamətində görülən işlər, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirməyin önəmi kimi vacib məqamlara toxunub.
Görüş zamanı valideynlərin rəy və təklifləri dinlənilib, verilən suallar cavablandırıldı.