Bilik günü

Bu gün – 15 sentyabr 2025-ci ildə197 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə ənənəvi "Bilik günü" tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər, valideynlər və dəvət olunmuş qonaqlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra . Vətən yolunda canından keçən şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca məktəbin kitabxana müdiri Zülfiyyə Məmmədova tədbiri açıq elan etdi.
O, yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik etdi, onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən məktəbin direktoru Elmira xanım Namazova müəllim və şagird kollektivini təbrik edərək , qarşıdan gələn tədris ilinin uğurlu olacağına inandığını bildirdi. O, eyni zamanda məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlərdən də bəhs etdi.
Çıxış edən qonaqlar və valideynlər də şagirdlərə bilik yolunda səbirli, əzmli və məqsədyönlü olmağı tövsiyə etdilər. Daha sonra məktəbin istedadlı şagirdləri tərəfindən bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri təqdim olundu.
Tədbirin ən yaddaqalan anı isə birinci sinifə qədəm qoyan uşaqların ilk zəng sədaları altında sinif otaqlarına daxil olmaları oldu.