Təbiəti qoruyanlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə start verilir.
Təhsilalanların ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, məqsədilə 4a sinfində sinif rəhbəri Sevda Soltanovanın təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.