V siniflərdə Diaqnostik imtahan

Azərbaycan RespublikasıTəhsil Nazirliyi tərəfindən oktyabr ayının 26-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili,riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik imtahanın təşkili planlaşdırılmışdır.
Bununla əlaqədar olaraq oktyabrın 26-sında məktəbimizdə V siniflər arasında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən diaqnostik imtahan keçirildi.
Diaqnostik imtahanda məktəbdaxili komissiya təşkil edildi.
Məktəb rəhbərliyinin və nəzarətçilərin iştirakı ilə imtahan tam şəffaf şəkildə keçirildi. Sınaq kitabçaları nəzarətçilər tərəfindən rəhbərliyə təhvil verildi.