18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

 

    Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. İyirmi səkkiz il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

  Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə əlaqədar  məktəbimizdə məktəb rəhbərliyinin iştirakı ilə bayraqlar qaldırıldı, Azərbaycan Respublikasının Dövlət Himni oxundu, şüarlar səsləndirildi.

  Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova, tarix müəllimi Mavilə Səlimova və UBR-i Heydərova Vüsalənin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada müəllimlər və şagirdlər müstəqilliyin yaranması haqqında çıxışlar etdilər.

  Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi